"Liverpul" klubu bu yay Darvin Nunyesi satmağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, "qırmızılar' uruqvaylı hücumçu üçün Səudiyyə Ərəbistanından böyük təkliflər gözləyir.
"Liverpul" Nunyesi 2022-ci ildə 85 milyon avroya "Benfika"dan transfer edib. O, cari mövsümdə 40 oyunda 7 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
Transfermakt portalına görə onun hazırki dəyəri 50 milyondur.