Gənc ulduz "Mançester Siti"nin heyətinə qoşulub.

Offsideplus.az xəbər verir ki, "şəhərlilər"in ötən ilin yanvar ayında transfer etdiyi Klaudio Eçeverri icarədən dönüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı oyunçu icarə əsasında "River Pleyt"in formasını geyinirdi.

Qeyd edək ki, Argentina U-19 millisinin kapitanı olan yarımmüdafiəçi yığma komandada 9 oyuna çıxıb və 5 qola imza atıb.