“Yuventus”un gənc ulduzu Kenan Yıldızın adı Premyer Liqa nəhəngi “Çelsi” ilə hallanır.
Offsideplus.az xəbər verir ki, İtaliya mətbuatında yer alan xəbərlərə görə, London təmsilçisi türkiyəli futbolçunu heyətinə qatmaq üçün ciddi addımlar atır.
Son illərdə gənc futbolçulara böyük sərmayə qoyan “Çelsi”nin yay transfer pəncərəsində ən çox istədiyi oyunçulardan biri Kenan Yıldızdır.
İddialara görə, Turin klubu 19 yaşlı futbolçu üçün təxminən 80 milyon avro tələb edir. Bu məbləğ, böyük transferlərə alışmış “Çelsi” üçün əlçatan hesab olunur. Klubun yeni baş məşqçisi Enzo Mareskanın da Kenanı rəhbərliyə şəxsən tövsiyə etdiyi bildirilir.
Qeyd edək ki, Kenan bu mövsümdə “Yuventus” forması ilə 38 oyuna çıxıb və 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.