Chelsea-nin ispaniyalı yarımmüdafiəçisi Sesk Fabreqas Ginnesin Rekordlar Kitabına düşüb.
Offsideplus.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasında ən tez 100 məhsuldar ötürmə edən futbolçu kimi “Rekordlar kitabı”nda yer alıb. Fabreqasın 100-cü məhsuldar ötürməsi 2016-cı il dekabrın 31-də Stoke City ilə oyunda qeydə alınıb. Əvvəlki rekord Rayan Qiqqzə məxsus idi. Rayan 367 oyunda 100 məhsuldar etmişdi. 31 yaşlı Fabreqas isə bu göstəriciyə 74 oyun tez nail olub.