"Portu"nun oyunçusu Premyer Liqa klubunun "radarı"na düşüb.
Offsideplus.az xəbər verir ki, "Aston Villa" Samu Omorodionu növbəti mövsüm üçün transfer etməyi planlaşdırır. Bu barədə "AS" nəşri məlumat yayıb.
20 yaşlı hücumçunun komandası ilə 2029-cu ilə qədər müqaviləsi mövcuddur.
Qeyd edək ki, Samu 2024/25 mövsümündə "Portu" forması ilə 29 oyuna çıxıb və 18 qola, 3 məhsuldar ötürməyə imza atıb.