Son 51 ildə ən bərbad mövsümünü keçirən "Mançester Yunayted" Ruben Amorim ilə yollarını ayıra bilər.

Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi bu mövzuda qəti qərarını yaxın günlərdə verəcək. 

"Qırmızı şeytanlar" portuqaliyalı çalışdırıcı ilə 2027-ci ilin iyununa kimi müqavilə imzalamışdı.

Təcrübəli mütəxəssisi komandaya gətirmək üçün Mançester təmsilçisi "Sportinq"ə 10 milyon avro təzminat ödəmişdi.