"Çelsi"nin oyunçusu karyerasına Premyer Liqanın başqa klubunda davam edəcək.

Offsideplus.az xəbər verir ki, Aksel Disasi "Aston Villa"ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu mövsümün sonuna qədər icarəyə götürülüb.

Qeyd edək ki, 27 yaşlı müdafiəçi bu mövsüm 17 oyuna çıxıb və 2 qola, 2 məhsuldar ötürməyə imza atıb.