"Mançester Yunayted"in ulduzu Markus Reşford Bundesliqa nəhənginin "radarı"na düşüb.

Offsideplus.az xəbər verir ki, "Borussia Dortmund" 27 yaşlı oyunçunu heyətinə cəlb etmək niyyətindədir. Bu barədə "Plettigoal" məlumat yayıb.

Almaniya klubu futbolçunu icarəyə götürməyi planlaşdırır. Tərəflər arasında danışıqlar aparılır.

Qeyd edək ki, Reşford 2024/25 mövsümündə meydana çıxdığı 24 oyunda 7 qola, 3 məhsuldar ötürməyə imza atıb.