"Fənərbağça" heyətini sol cinah müdafiəçisi ilə gücləndirmək niyyətindədir. 

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi Serxio Reqilonla yaxından maraqlanır. 

"Tottenhem"in üzvünün transferini Mourinyo istəyib. 

Hazırkı dəyəri 11 milyon olan futbolçunun mövsümün sonunda London təmsilçisi ilə müqaviləsi başa çatır. 

Qeyd edək ki, ispaniyalı 28 yaşlı müdafiəçi bu mövsüm cəmi 4 matçda meydana çıxıb.