"Tottenhem" heyətini gücləndirib.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

London təmsilçisi Antonin Kinski transfer edib. 21 yaşlı qolkiperlə 2031-ci ilə qədər müqavilə imzalanıb.

Çexiyalı üçün "Slaviya Praqa"ya 12,5 milyon avro ödənib.

Qeyd edək ki, Antonin Kinski bu mövsüm 29 qarşılaşmada 14 top buraxıb.