Çempionlar Liqasının əsas mərhələsinin VI turunda "Arsenal" "Monako"nu 3:0 hesabı ilə məğlub etdi.
Offsideplus.az xəbər verir ki, qarşılaşmada 2 qolu Bukayo Saka vurdu. 1 dəfə isə Kai Havertz fərqləndi. Əslində, ingiltərəli het-trik etməli idi. Lakin onun zərbəsi Havertzin buduna dəyərək tora daxil oldu.
Saka məsələ ilə bağlı bunları söylədi:
"Bu dəfə alınmadı. Kai het-trikimin qarşısını aldı. Amma üzülməyə dəyməz. Tezliklə, het-trik edəcəm".