PSJ-nin prezidenti Nasser Əl-Xelaifi "Liverpul"un futbolçusu Məhəmməd Salahla bağlı maraqlı fikirlər səsləndirib.
Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Florian Plettenberq yayıb.
"Bu, doğru deyil. O, fantastik və heyrətamiz oyunçudur, amma sözün düzü, biz onu heç vaxt baxışdan keçirməmişik. Bilirik ki, hər bir klub Salahın onlar üçün oynamasını istərdi, amma bu məlumat isə həqiqəti əks etdirmir".
Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ilin iyulundan "Liverpul"un şərəfini qoruyur.



