"Mançester Yunayted"in və İrlandiya millisinin sabiq yarımmüdafiəçisi Roy Kin "qırmızı şeytanlar"ın hücumçusu Markus Reşfordu İngiltərə Premyer Liqasının 14-cü turu çərçivəsində "Arsenal"la matçdakı çıxışına görə tənqid edib.
Offsideplus.az xəbər verir ki, bu barədə "Mirror” nəşri məlumat yayıb. Təcrübəli mütəxəssis bunları söyləyib:
"Dediklərimə fikir vermirsinizsə, sizə nə deyəcəm? Reşford meydanda idi! Bütövlükdə onun performansı şok edicidir. Başına bax, bu nədir? “Mançester Yunayted” onsuz da bu matçdan heç nəyə layiq deyildi. Onlar dəyərsiz idilər”.
Xatırladaq ki, "Mançester Yunayted" - "Arsenal" matçı dekabrın 5-də baş tutub. Londonda, “Emireyts” stadionunda keçirilən görüş “topçular”ın 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.
Hazırda London "Arsenal"ı 2024/2025 mövsümü üçün İngiltərə çempionatının turnir cədvəlində üçüncü yerdədir. Komanda 14 oyunda 28 xal toplayıb. “Mançester Yunayted” isə 19 xalla 11-ci yerdədir.