İngiltərə Premyer Liqasının (İPL) 13-cü turunda "Eveton"u 4:0 hesabı ilə darmadağın edən "Mançester Yunayted"in qələbəsinə dublla töhfə verən forvard Markus Raşford çempionatda vurulan qolların sayına görə sabiq "Arsenal"lı Denis Berqkampa da çatıb.
Offsideplus.az xəbər verir ki, hesabında 87 qol olan ingiltərəli hücumçu Eden Hazarı da üstələməyi bacarıb.
Markus İPL-in bombardirlərinin ümumi sıralamasında 45-ci yerdədir. Lider mövqeyində isə 260 qolla İngiltərə millisinin, "Blekbern"in və "Nyukasl"ın keçmiş forvardı Alan Şirer qərarlaşıb.