“Mançester Yunayted”in yeni transferi Aleksis Sançes sərt cəzaya məruz qala bilər.
Offsideplus.az xəbər verir ki, çilili forvard dopinq-testdən qaçmaqda günahlandırılır.
Məsələ burasındadı ki, UEFA-nın nümayəndələri öncədən təyin edilmiş vaxtda “Arsenal”ın futbolçularından test götürmək üçün klubun bazasına yollanıblar. Lakin test götürüləcək futbolçular arasında adı yer alan Sançes həmin gün “Mançester Yunayted”lə danışıq aparmaq üçün Mançesterə gedib.
“Arsenal” bu barədə UEFA-nı məlumatlandırmadığı üçün cəza ala bilər. Qitə futbol qurumu həmçinin Sançesin dopinq-testdən qaçdığını əsas gətirərək, onun barəsində araşdırmaya başlayıb.