Son 6 matçda 5 məğlubiyyət və 1 heç-heçə edən "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola yeni müqavilə imzalasa da, komandadan ayrıla biləcəyini bildirib.

Offsideplus.az xəbər verir ki, bu barədə təcrübəli mütəxəssis "Liverpul"la matçdan öncə mətbuat konfransında məlumat verib. "Dünya futbolunu dəyişdirən qalib oyunçuların olduğu komandadan ayrılırsınız?", - deyə suala çalışdırıcı belə cavab verib:

"Mən "Barselona"da olanda 4 ildə 14 kubok qazandım. Pike, İnyesta və Messi kimi ulduzlarla çalışırdım. Müqaviləmi uzadıramsa, bunu hiss etdiyim üçün edirəm. Sadəcə, bu qərara görə, vəzifədə oturmuram"

Müqaviləsi qüvvədə olduğu üçün qalmaq fikrində olmadığını vurğulayan Qvardiola bunları əlavə edib:

"Problem olan yerdə qalmaq istəmirəm. Bunu klub prezidenti də bilir. İndi getmək istəmirəm. Çünki burda görməli işlərim var"