"Mançester Siti"nin təcrübəli ulduzu İlkay Gündoğan acı etiraf edib.
Offsideplus.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb. Almaniyalı futbolçu bunları söyləyib:
"Hələ mövsümün əvvəlindəyik. Bizim qarşıda çox oyunumuz var. Təkcə bizim tərəfdə deyil, digər komandalarda da çox şey baş verə bilər. Uğursuz nəticələrə görə, nəyin baş verdiyini bilmirəm. Bu, bir az izaholunmazdır. Bəzən rəqibin kimliyindən asılı olmayaraq, bəzi oyunlarda mübarizə aparırsan, amma nəticə olmur".