Everton klubunda forma geyinən türkiyəli futbolçu Cenk Tosun qış fasiləsi dövründə Beşiktaş-a qayıda bilər.

Offsideplus.az xəbər verir ki, bu iddialarla İngiltərə mətbuatı çıxış edib. "Talksport" nəşrinin yazdığına görə, bu mövsüm başlayandan bəri, cəmi 1 qol vuran Cenkin dövrənin sonuna qədər klubda qalmaq niyyəti yoxdur. Həmçinin Everton rəhbərliyi də 27 yaşlı hücumçu ilə davam etməkdə maraqlı deyil. Cenk Tosunun İngiltərə karyerasının nə qədər davam edib-etməyəcəyi qarşıdakı 2 ayda məlum olacaq.

Qeyd edək ki, bu mövsüm Everton forması ilə çıxdığı oyunlarda 1 qol vurub, 2 məhsuldar ötürmə verən Cenk toplam 474 dəqiqə meydanda olub.