"Mançester Yunayted'in yeni baş məşqçisi Ruben Amorim vəzifəsinin icrasına başladıqdan sonra maraqlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Ben Jeykobs məlumat yayıb. Portuqaliyalı mütəxəssis bunları söyləyib:

"Mançester Yunayted in baş məşqçisi olmaqdan çox qürur duyuram. Burada olmaq möhtəşəm hissdir. Mən çox həyəcanlıyam və tamamilə rahatam. Olmalı olduğum yerdə olduğumu hiss edirəm".

Qeyd edək ki, Amorim yeni vəzifəsinə bu ay təyin edilib.