"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 10-cu turunda "Bornmut"a səfər məğlubiyyətini (1:2) izah edib.
Offsideplus.az xəbər verir ki, məlumatı BBC yayıb. Təcrübəli mütəxəssis bunları söyləyib:
"Onların geniş fürsətləri vardı. Biz isə sonda fürsətlər yaratdıq, amma onların cinah hücumçularından heç bir top ala bilmədik. Birinci hissədə rəqibə qarşı oynamaq çətin idi. Onların necə davaranacaqlarını da bilirdik".
Qeyd edək ki, "Mançester Siti" 23 xalla 2-ci sırada qərarlaşıb.