İngiltərənin "Liverpul" klubunda qalmaqal yaşanır.
Offsideplus.az xəbər verir ki, mersisaydlılar 75 azarkeşin ömürlük stadionlardan uzaqlaşdırıldığını açıqlayıb. Buna səbəb onların "Brayton"la matça saxta bilet almaqları olub. Klub rəsmiləri 100 min hesabıb bloklandığını, 5 mindən çoxunun isə yoxlandığını bildiriblər.
"Liverpul" azarkeşlərə müraciət edərək saxta biletlər almamağı məsləhət görüb. Əks halda stadionlara girişlərinin ömürlük qadağan ediləcəyi bildirilib.