İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində "Tottenhem"ə uduzaraq (1:2) mübarizəni dayandıran "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola məğlubiyyətin səbəblərini açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, məlumatı BBC yayıb. Təcrübəli mütəxəssis bunları söyləyib:

"Onların sürətli hücumlarına qarşı yaxşı oynadıq. Çünki futbolçularımın necə mübarizə apardığını bilirəm. Zədəli oyunçularımız çoxdur deyə əziyyət çəkirik. Çalışdığım 9 ildə bu qədər zədəli oyunçum olmayıb".