Arsenal texniki sponsorunu dəyişir.
Offsideplus.az xəbər verir ki, komandaya 2014-cü ildən bəri sponsorluq edən Puma şirkətini gələn ildən Adidas əvəzləyəcək. Tərəflərin imzaladığı müqavilə gələn il iyulun 1-dən qüvvəyə minəcək. Müqavilənin detalları barədə məlumat verilmir. Təqribi hesablamalara görə, London klubu ildə 60 milyon funt qazana bilər. Adidas 1986-1994-cü illərdə Arsenal-la əməkdaşlıq edib.