"Arsenal" forvardı Bukayo Saka Tyerri Anrinin rekordunu yeniləyib.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı vinger bunu ölkə çempionatının IX turunda "Liverpul"la oyunda (2:2) reallaşdırıb.
Matçın 9-cu dəqiqəsində fərqlənən Saka "Arsenal"ın Premyer Liqada 50 qol vuran ən gənc futbolçusu adını qazanıb. O, bu uğura 23 yaş 52 günündə nail olub.
Saka bu göstəriciyə 24 yaş 128 günündə çatan T.Anrini üstəyib.