"Çelsi"nin futbolçusu Koul Palmer əfsanəvi futbolçu Frenk Lempardın "zadəganlar"ın heyətində müəyyənləşdirdiyi 22 qolluq rekordu yeniləmək və "Qızıl top" barədə qarşına qoyduğu hədəfdən danışıb. 

Offsideplus.az "Bild"ə istinadən xəbər verir ki, yarımmüdafiəçi bunları söyləyib:

"Lempardın nəticəsi möhtəşəmdi. Hədəfim mütləq nəticəni yeniləməkdir. "Qızıl top" qazanmaq yüksək məqamdır. İnanıram ki, zəhmətimin nəticəsini görərəm".

Qeyd edək ki, sözügedən futbolçu 2024-cü il üçün "Qızıl top"a namizədlərin siyahısında yer alıb.