"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Volves"lə oyundan əvvəl təşkil edilən mətbuat konfransında İngiltərə millisinin baş məşqçisi Tomas Tuxelin milliyyəti ilə bağlı verilən suala çox əsəbiləşib.

Offsideplus.az "Bild"ə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis mətbuat konfransında bunları söyləyib:

"Tomas Tuxel çox yaxşı məşqçidir. Ona İngiltərə Milli Komandasında uğurlar arzulayıram. Əminəm ki, yaxşı şeylər əldə edəcək. İnsan olaraq seçə bilmədiyimiz şeylər var. Kataloniyalı olmağı seçə bilməzsiniz, siz ananızı və atanızı seçə bilməzsiniz. Dünya çox böyükdür. Rusiyada, İsraildə və Qəzzada nələrin baş verdiyinə baxın".