"Çelsi"nin baş məşqçisi Entso Mareska "zadəganlar"ın futbolçusu Koul Palmer barədə maraqlı fikirlər səsləndirib.

Offsideplus.az "Bild"ə istinadən xəbər verir ki, mütəxəssis bunları söyləyib:

"Palmerin bütün problemləri həll edəcəyini hesab ediriksə, bu kökündən yanlışdır. Biz bütün təzyiqləri onun üzərinə yükləyə bilmərik".

Qeyd edək ki, "transfermarkt" internet-portalı 22 yaşlı ingilis hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.