"Mançester Yunayted"in futbolçusu Bruno Fernandes klubdan getməsi barədə suallara maraqlı açıqlama ilə cavab verib.

Offsideplus.az "ESPN"ə istinadən xəbər verir ki, portuqaliyalı bunları söyləyib:

"Başqa klublardan təkliflər var idi. Klub mənim ayrılmaq istəyimin olduğunu bilirdi. Konkret təkliflərim var idi. Amma klub göstərdi ki, mənə ehtiyacları var. Bura özümü yaxşı hiss etdiyim yerdir və bizdə olan dinamika sayəsində futboldan çox yüksək səviyyədə zövq alıram".