"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Liverpul"un sabiq çalışdırıcısı Yurgen Klopp haqda mətbuata maraqlı açıqlama verib.

Offsideplus.az "Mundo Deportivo" ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bunları söyləyib:

"Kloppun rəhbərliyi altındakı "Liverpul" mənim üçün ən çətin komanda idi, çünki oyun tərzinə görə onlara qarşı oynamaq qəliz idi"

Qeyd edək ki, Yurgen Klopp 2023/2024-cü illər mövsümünün bitməsilə "Liverpul"dan ayrılıb.