"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr qış "transfer pəncərə"sində klubdan ayrıla bilər.
Offsideplus.az "Daily Star"a istinadən xəbər verir ki, "manikunyanlar" futbolçunun satışında maraqlıdır. Belə ki, klub tez-tez zədə alan oyunçunu komanda da saxlamaq istəmir.
Qeyd edək ki, Maquayrın klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.