"Mançester Yunayted"in sabiq futbolçu Cessi Linqard karyerasını Cənubi Koreyada davam etdirməsi qərarı ilə bağlı maraqlı açıqlama verib.

Offsideplus.az "The Times" ə istinadən xəbər verir ki, təcrübəli futbolçu bunları söyləyib:

"İnsanlar niyə Premyer Liqanı Cənubi Koreyadakı K Liqası ilə əvəz etdiyimlə maraqlanırlar. Sadəcə mən yeni macəra istəyirdim. Buraya gəlib kuboklar qazanıb iz buraxmaq niyyətindəyəm".

Qeyd edək ki, Linqard bu ilin fevralından "Seul"da top qovur.