Transfermarkt" internet-portalı ənənəvi olaraq, dəyişən nəticələr əsasında dünyanın ən bahalı futbolçularını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, siyahıya "Mançester Siti"nin norveçli forvardı Erlinq Holand və "Real"ın sol cinah hücumçusu Vinisius Junior şərikli liderlik edirlər.

İnternet-portal hər iki futbolçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu, hər iki futbolçunun dünyanın ən bahalı futbolçusu ünvanına sahib olmasını ifadə edir.

"Transfermarkt" internet-portalına görə, dünyanın ən bahalı oyunçularının onluğunu təqdim edirik:

1. Erlinq Holand ("Mançester Siti") - 200 milyon avro

2. Vinisius Junior ("Real") 200 milyon avro

3. Cud Bellingem ("Real") 180 milyon avro

4. Kilian Mbaeppe ("Real") 180 milyon avro

5. Lamin Yamal ("Barselona") 150 milyon avro

6. Filip Foden ("Mançester Siti") - 150 milyon avro

7. Bukayo Saka ("Arsenal") - 140 milyon avro

8. Florian Virts ("Bayer") - 130 milyon avro

9. Camal Musiala ("Bayern") 130 milyon avro

10. Federiko Valverde ("Real") 130 milyon avro