"Mançester Siti"nin qapıçısı Ederson Səudiyyə Ərəbistanından gələn transfer təklifi barədə mediayaya maraqlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, brazilyalı qolkiper "TNT Sports Brasil"ə bunları söyləyib:

"Həqiqətən bir təklif var idi. Qeyri-adi bir təklif olduğu üçün Qvardiola ilə saysız-hesabsız söhbətlər etdim. Amma onun mənə dedikləri və zəmanətlər mənim klubda qalmağıma səbəb oldu". 

Qeyd edək ki, Ederson 2017-ci ilin iyulundan "Mançester Siti"nin formasını geyinir.