"Çelsi"nin yarımmüdafiəçisi Kukurella komanda yoldaşı Koul Palmer haqqında maraqlı açıqlama verib.

Offsideplus.az "Goal"a istinadən xəbər verir ki, ispaniyalı futbolçu bunları söyləyib:

"O, çox fərqlidir. Bunu necə izah edəcəyimi bilmirəm. Ona sahib olduğumuz üçün çox şanslıyıq. Belə davam etsə, ən yaxşılar arasında olacaq".

Qeyd edək ki, Koul Palmer İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı oyunçusu seçilib.