İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti informasiya yayıb.
“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer ötən ayın ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, Koul sentyabrda İngiltərə Premyer Liqasının 4 oyununa çıxaraq 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.