İngiltərə Premyer Liqasının 5-ci turunda "Mançester Siti" "Arsenal"la heç-heçə etmişdi.

Offsideplus.az xəbər verir ki, Erlinq Holand görüşdə etdiyi hərəkəti şərh edib. "Mançester Siti"nin hücumçusu Fabritsio Romanoya açıqlamasında bunları söyləyib:

"Qarşılaşmada hər şey bir anın içində baş verir. Meydanda olanlar orada qalır. Bu, həmişə belədir".

Qeyd edək ki, "Mançester Siti"nin ikinci qolundan sonra Holand topu Qabriel Maqalyansunun başına vurmuşdu.