"Mançester Yunayted" uğursuz nəticələrin ardından baş məşqçini dəyişmək istəyir.
Offsideplus.az xəbər verir ki, Erik ten Haqın yerinə əsas iki namizədin olduğu iddia edilir. "El Nacional"ın məlumatına görə, "qırmızı şeytanları" Xavinin çalışdırma ehtimalı daha yüksəkdir. 2022/23 mövsümündə "Barselona"nı çempionluğa daşıyan mütəxəssis hazırda klubsuzdur.
Premyer Liqa təmsilçisinin digər hədəfi isə Xabi Alonsodur. Ötən mövsüm "Bayer 04" ilə böyük uğurlara imza atan Xabinin komandaya gətirilməsi çox çətin görünür.