"Çelsi"nin 21 yaşlı müdafiəçisi Levi Kolvill "Brayton"a 4:2 hesabı ilə qalib gəldikləri matçda poker qolu vuran yarımmüdafiəçi Kol Palmeri tərifləyib.

Offsideplus.az xəbər verir ki, futbolçu "O, fantastik oyunçudur. Ən yaxşı oyunçular sizi çətin vəziyyətlərdən çıxarır. O, məhz bunu etdi və dörd vacib qol vurdu. Bu qollar bizə çox kömək etdi və üç xal qazandıq,” - deyə bildirib.

Palmer bu mövsüm bütün turnirlərdə 8 matçda iştirak edərək 6 qol və 4 məhsuldar ötürmə edib.