Rusiya millisinin sabiq üzvü Yuri Jirkov "Çelsi"dəki illərini xatırlayıb.
Offsideplus.az xəbər verir ki, “İzvestiya” açıqlama verən rusiyalı veteran Andre Villaş-Boaşın ondan London klubunda qalmasını necə xahiş etdiyini bildirib:
"Rusiyaya qayıtmazdan əvvəl “Çelsi”də qalmaq şansı var idimi? Daha sonra komandada heyətdə böyük dəyişiklik oldu. Amma bazada baş məşqçi Andre Villaş-Boaşla görüşüb danışdıq. O, komandanı təzəcə təhvil almışdı. İlk toplanışda onun rəhbərliyi altında məşq etdim. Mənə dedi: “Qal, oynayacaqsan”. Amma bu sözlərə inanmadım. Çünki mövqedəki rəqiblərim Maluda və Eşli Koul idi. Qala bilərdim. Sonra orada hər şey həqiqətən dəyişdi”.