Qaret Sautqeyt karyerasını İngiltərə davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, bu məlumatı "Daily Mail" yayıb.
Mütəxəssis "Everton"u çalışdıra bilər. Liverpul klubunun yeni rəhbərliyi Sautqeytin namizədliyindən yanadır. Bu həftənin əvvəlində idarə heyətinin sədri Den Friedkinin rəhbərlik etdiyi ABŞ-ın "Friedkin Group şirkəti" Fərhad Moşiridən 94,1% pay almaq barədə razılığa gəlib. Moşiriyə təxminən 400 milyon dollar qazandıracağı gözlənilən sövdələşmə hələ də Premyer Liqa, İngiltərə Futbol Federasiyası və Maliyyə Davranışı Təşkilatının tənzimləyici təsdiqini gözləyir.
Qeyd edək ki, "Everton"a hazırda Şon Dayç rəhbərlik edir. Komanda 1 xalla 20-ci pillədə qərarlaşıb.