"Çelsi" rəhbərliyi Viktor Osimheni transfer etmək istəyinin baş tutmayacağı təqdirdə, bu futbolçunu komandaya gətirməyi düşünür.
Offsideplus.az xəbər verir ki, "zadəganlar"ın "radarı"na Viktor Gyökeres düşüb. İngilis mediasında yayılan xəbərlərə görə, mövsümün sonunda London təmsilçisi Osimhenin keçidini həll edə bilməzsə, ilk hədəf "Sportinq"in isveçli ulduzu olacaq.
26 yaşlı futbolçunun Portuqaliya klubu ilə 2028-ə qədər müqaviləsi var.
Qeyd edək ki, Gyökeres bu mövsüm meydana çıxdığı 8 matçda 11 qola və 3 məhsuldar ötürməyə imza atıb.