Avropa Liqasının Liqa mərhələsində "Qarabağ"la qarşılaşacaq "Tottenhem" ciddi zədə problemləri ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, klubun əsas heyət üzvlərindən olan Rişarlison və Dominik Solanke hazırda zədəlidir. Baş məşqçi Anqe Postekoqlu ingilis forvardın vəziyyətinin milli oyunlardan sonra bəlli olacaq. 

Braziliyalının durumu isə əzələ zədəsi səbəbindən sual altındadır.