Yenidən Premyer Liqaya yüksələn "Lester" mövsümün başlamasına bir həftə qalmış transfer üçün hərəkətə keçib.

Offsideplus.az xəbər verir ki, İngiltərə təmsilçisi "Panatinaikos"da çıxış edən Fotis İoannidis üçün Yunanıstan klubuna 27 milyon avro təklif edib.

"Lester"in baş məşqçisi Stiv Kuper məsələ ilə bağlı yerli mətbuata açıqlamasında bunları söyləyib: 

"Komandanın hansı səviyyədə olduğunu bilirik və işimizi davam etdiririk. Ümid edirəm ki, ən qısa zamanda heyətimizi gücləndirə bilərik.  Premyer Liqada qalıcı olmaq üçün güclənməliyik”.