Manchester United-in futbolçusu Pol Poqba qışda İngiltərə klubunu öz istəyi ilə tərk edə bilər.

Offsideplus.az-ın "The Sun"a istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Joze Mourinyo ilə münasibətləri yaxşı olmayan fransalı yarımmüdafiəçi portuqaliyalı mütəxəssis istefaya göndərilməyəcəyi təqdirdə, klubdan ayrılacaq. Bununla bağlı o, artıq öz komanda yoldaşlarına bildirib.

Xəbərdə o da qeyd olunub ki, Poqbanın Mourinyo ilə münasibətləri daha da gərginləşir. Onun məşqlərdə Mourinyonu danışdırmadığı iddia olunub.