Fabio Karvalyo İngiltərədə klubunu dəyişə bilərmiş.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı ilə "Sautqempton" yaxından maraqlanırdı. Lakin "Liverpul" yarımmüdafiəçinin satılmasına razı olmayıb. Mersisaydlılar 21 yaşlı oyunçu üçün təklif olunan 15 milyon funt-sterlinqlikdən imtina edib. 

Qeyd edək ki, Karvalyonun "Liverpul"la 2027-ci ilə qədər müqaviləsi var.