İspaniya millisinin və "Real Sosyedad"ın yarımmüdafiəçisi Mikel Merino karyerasını İngiltərədə davam etdirə bilər.

Offsideplus.az xarici KİV-ə istinadən xəbər verir ki, klub oyunçu ilə şəxsi razılığa gəlib.

Bildirilib ki, onunla 2028-ci ilin yayına qədər müqavilə imzalanacaq. Yaxın günlərdə "topçular" La Liqa klubu ilə danışıqları yekunlaşdırmağa çalışacaq.

28 yaşlı yarımmüdafiəçi 2018-ci ilin yayından adıçəkilən komandada forma geyinir. Onun "Real Sosyedad"la müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Xatırladaq ki, Merino İspaniya millisi ilə son Avropa çempionatında qızıl medalları qazanıb.