"Mançester Yunayted" rəhbərliyi maraqlı qərar qəbul edib.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" yeni stadion tikmək niyyətindədir. Premyer Liqa təmsilçisinin rəhbərliyi "Old Trafford"un təmir olunmasındansa, təzə arenanın tikilməsindən yanadır. Bu barədə məlumatı "The Telegraph" nəşri yayıb.
Stadionun tutumu 100 min nəfərlik olacaq. Yeni stadion "Old Trafford"un yaxınlığındakı ərazidə tikiləcək.
Tikinti ilə bağlı yekun qərar bu ilin sonuna kimi mütəxəssislər və azarkeşlərlə məsləhətləşdikdən sonra veriləcək. Arena ilə yanaşı, onun ətrafında parkların salınması da nəzərdə tutulub. Stadiona bitişik ərazidə mehmanxana və ya əyləncə mərkəzinin açılması perspektivi də nəzərdən keçirilir. Oxşar layihələr əvvəllər ABŞ-da həyata keçirilib və çox uğurlu olub.