"Mançester Yunayted"in üzvü Kristian Eriksen komandadan ayrıla bilər.
Offsideplus.az xəbər verir ki, Premyer Liqa klubu danimarkalı ilə yeni müqavilə imzalamaq niyyətində deyil.
"Qırmızı şeytanlar" uyğun təklif olacağı halda, 32 yaşlı futbolçunu satacaq.
Yarımmüdafiəçinin klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir. O, geridə qalan mövsümdə 28 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.