Ceyden Filodjin karyerasını Premyer Liqada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, 22 yaşlı oyunçu ilə "Aston Villa" maraqlanır. Bu məlumatı tanınmış insayder Fabritsio Romano yayıb. İnformasiyaya görə, vinger üçün "Hall Siti"yə 13 milyon avro ödəniləcək. Sonrakı satışdan isə 30 faiz pay veriləcək.
Qeyd edək ki, Filodjin ötən mövsüm Acun İlıcalının komandasında 32 qarşılaşmada 12 qol vurub, 6 məhsuldar ötürmə edib.