"Korintians"ın hücumçusu Uesli Qassova karyerasına Avropada davam edə bilər.

Offsideplus.az xəbər verir ki, 19 yaşlı futbolçunun transferi uğrunda mübarizədə “Çelsi” və “Vest Hem” klubları var. "Nitsa" və "Roma" da braziliyalını transfer etmək istəyənlər sırasındadırlar.

19 yaşlı gənc forvardın klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.